Ələt-Astara yolunun Cəlilabad rayonunun Qrazəncir kəndi ərazisindən keçən hissəsində yanvarın 8-də, saat 20:00 radələrində ağır yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata əsasən, “VAZ-2106” markalı iki avtomobil toqquşub.
Qəza nəticəsində göy rəngli avtomobilin sütücüsünün öldüyü, digər sürücünün isə ağır yaranlandığı bildirilir.
Toqquşmanın təsirindən avtomobillərdən biri iki yerə bölünüb.
A.M.