RF baş naziri bəyan edib ki, import mallardan etiraz etmək “bizim üsul deyil”.
Rusiya baş naziri Dmitri Medvedev Rusiya və ABŞ-ın kəskinləşən münasibətinə görə Amerika şirkəti Apple-n istehsalı olan mallardan etiraz etmək fikrində deyil.
Oxu.Az xəbər verir ki, bu barədə o, “Komsomolskaya pravda”ya verdiyi müsahibəsində deyib.
“Amerika ilə münasibətimizin İphone ilə nə əlaqəsi var? Gəlin, onda bütün import mallardan etiraz edək, onda necə olacaq? Şimali Koreya? Bu, bizim üsul deyil. Əksinə, hesab edirəm ki, nə biz, nə avropalılar, nə də ki amerikalılar heç nədən etiraz etməməliyik. Amerikalılara Apple istehsalı olan mallardan imtina edərək zərər vermək gülməlidir”, - hökumət başçısı əminliklə bildirib.
Qacetlərə olan marağı ilə məşhur olan baş nazir bildirib ki, onun iki işçi planşeti var, orda oyun yoxdu.
“Mənim iki dövlət planşetim var. Birinə hökumət iclasları üçün sənədlər yüklənir, digərinə isə iştirak etdiyim tədbirlərin materialları”, - o deyib.
O, təsdiq edib ki, “Armfon” və “Armtab”ı ona erməni kolleqaları hədiyyə edib. Bununla yanaşı Medvedev Rusiya istehsalı olan yeni texnologiyalara da malikdir. Keçən ilin sonunda Rostex-in rəhbəri Sergey Çemezov Medvedevə yeni Rusiya qaceti YotaPhone təqdim edib.
Xatırladaq ki, ABŞ istehsalı olan mallardan, o cümlədən Amerika proqram təminatlarından etiraz etmə çağırışları Rusiyada Avropanın Krım anneksiyası və “Ukrayna böhranından” sonra səslənməyə başlayıb.
Məsələn, FTX informasiya mühafizəsi və xüsusi əlaqə mərkəzinin rəisi Aleksandr Andreyeçkin bəyan edib ki, Gmail, Hotmail və Skype kimi servislərin nəzarətsiz istifadəsi Rusiya üçün böyük təhlükədir.