Avstriyalı təmsilçi Konçita Vurstun “Eurovision 2014”ün qalibi olmasına qəzəblənən Rusiyanın öz Konçitası var imiş.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, rusların Konçitasının adı Pavel Petel adlı transvestitdir. O, Moskvada yaşayır.
Konçita Vurst məşhurlaşdıqdan sonra Pavelə “Rusiyanın Konçitası” deyilir.
Pavel transvestit olsa da, əzələli vücudu var. Çünki Pavel Petel bodibildinqlə məşğul olur. Rusiyanın bütün bodibilderləri Pavelə nifrət edirlər. O, həm də fitnes təlimçisidir.