Nargis jurnalının “Anket” rubrikasının budəfəki qonağı “Eurovision” qalibi olan Norveç təmsilçisi Aleksandr Rıbak olub.
Oxu.Az Rıbakın müsahibəsini təqdim edir:
Adı soyadı: Aleksandr İqoreviç Rıbak
Doğum tarixi: 13.05.1986
Anadan olduğu yer: Minsk
Fəaliyyət növü: Müğənni, skripkaçı
- Uşaqlarla işləmək necədir?
- Bu, hədsiz həzzdir.
- Bakılı tamaşaçılar nə ilə sevindi?
- Mənə demişdilər ki, sizin tamaşaçıların konsert zamanı fikirləri çox dağılır. Mən isə bunu hiss etmədim. Bu, çox xoşdur.
- Konsertdən əvvəl mütləq ritualdır…
- Güzgüyə baxmaq və gülümsəmək. Bu, müsbət hisslər yaradır.
- Nağıla inanırsız?
- Həyat elə nağıldır.
- Suverensiniz?
- Yox.
- Həyatınızdakı ən önəmli mükafat…
- Onlar çoxdur - büllur mikrofondan “Damdakı skripkaçı” tamaşasındakı roluma görə “Hedda” mükafatına kimi.
- Ad gününüzü necə keçirdiniz?
- İşlədim. Konsertdən sonra qeyd etmək lazımdır.
- Qız necə olmalıdır ki, ona mahnı həsr edilsin?
- O, keçmişdən olmalıdır.
- “Eurovision 2014”də kimə azarkeşlik edirdiniz?
- Əvvəl mənim favoritim Niderland iştirakçısı idi. Amma zamanla anladım ki, Konçita Vurstun ancaq imici yox, yaxşı mahnısı da var.
- Azərbaycanın “Eurovision” iştirakçılarından kim yadınızda qalıb?
- Səbinə Babayeva və Safura
- İdeal istirahət…
- Bu, özünə nə etmək olmaz sualını vermək yox, nə istədiyini bilməkdir.
- Yenidən kinoya çəkilməyi planlaşdırırsız?
- Ancaq əgər bu mənim üçün yazılmış skripkaçı rolu olarsa.
- Özünüzü çəkin.
