Azərbaycan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları Tovuzda reyd keçiriblər.
Oxu.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, fərdi sahibkar kimi fəaliyyət göstərən taksi, sərnişin və yük avtomobili sürücülərinə qarşı təşkil edilən reydin məqsədi vergidən yayınan şəxsləri aşkar etmək olub.
Yoxlamalar zamanı taksi fəaliyyəti və yükdaşıma ilə məşğul olan onlarla sürücünün sənədlərinin qaydasında olmadığı və vergidən yayındığı ortaya çıxıb.
Həmin sürücülər barəsində inzibati protokol tərtib olunub.
E.Ə.
www.oxu.az