Nikolas Keyc Ben Laden haqqında komediyaya çəkiləcək. 51 yaşlı aktyor rejissor Larri Çarlzın “Bir nəfərin ordusu” (“Army of one”) filmində baş rol alıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Larri Çarlz Usamə Ben Ladeni axtarmağa qərar vermiş adi insan haqqında satirik komediya çəkir.
Filmin əsasını GQ jurnalında dərc olunmuş məqalə təşkil edir. Məqalədə Ben Ladeni axtarmağa qərar vermiş, həmçinin Pakistan və Əfqanıstana getməyə bir neçə dəfə cəhd etmiş Koloradodan olan bənna Qarri Folknerin həqiqi macəralarından söhbət açılır.
Martın əvvəlində çəkilişləri başlayacaq filmin ilin sonunda ekranlara çıxacağı gözlənilir.