Sosial şəbəkələrdə paytaxt yollarında avtoxuliqanlıq edən bir neçə sürücünün görüntüləri yayılıb. Onlar polisdən və texniki vasitələrdən gizlənmək üçün nömrələrini də bağlayıblar. Polis isə görüntülər əsasında onların müəyyən ediləcəyini bəyan edir.
Həmin şəxsləri hansı cəza gözləyir?
Oxu.Az Xezerxeber.az-a istinadla məlumat verir ki, “Niva” markalı 2-3 avtomobil paytaxt küçələri ilə sürətlə hərəkət edir.
Avtomobillərin arasından təhlükəli keçidlər edən sürücülər həm özlərinin, həm də digərlərinin həyatını təhlükəyə atırlar.
Sosial şəbəkələrdə yayılan bu görüntülərin bir hissəsi paytaxt yollarında çəkilib.
Tanınmamaq üçün nömrələri gizlədilən avtomobillərin nə zaman çəkildiyi dəqiq göstərilməsə də, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov araşdırma aparılacağını deyir.
Bu sürücülər aşkarlanarsa, avtoxuliqanlıq etdikləri üçün məhkəmə yolu ilə 1 il sürücülük hüququndan məhrum edilə, 500-750 manat cərimə, yaxud da 1 aya qədər həbs edilə bilərlər.
Onları başqa hansı cəzaların gözlədiyini videosüjetdən öyrənə bilərsiniz:
İsmayıl Nur