Türkmənistanın hazırkı rəhbəri Qurbanqulu Berdiməhəmmədov üçüncü dəfə respublika prezidenti seçildi, seçicilərin 97,69%-i ona səs verib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin MSK-nın sədri bəyan edib.
Daha öncə Türkmənistan Mərkəzi Seçki Komissiyası ölkədə prezident seçkilərində seçici fəallığının 97,27% olduğunu bildirib.
Berdiməhəmmədovdan başqa, prezident postuna səkkiz nəfər namizədliyini irəli sürmüşdü.
N.O.
www.oxu.az