Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Psixoloq uşaqları dələduzlardan qorumağın yollarını açıqladı
Getdikcə daha çox uşaq və yeniyetmə dələduzların qurbanına çevrilir.
Oxu.Az xəbər verir ki, psixoloq Kira Qoldşteyn Gazeta.ru-ya uşaqları dələduzlardan qorumağın yolları barədə danışıb.
Onun sözlərinə görə, birinci və ən vacib tövsiyə ailədə etibarlı münasibətlər qurmaqdır ki, uşaq kənardan təhlükə yarandıqda, valideyndən kömək istəməkdən çəkinməsin:
"Övladınızla fırıldaqçılığın nə olduğu və dələduzları necə tanımaq barədə danışın. Dialoqunuzda real həyatdakı nümunələrdən istifadə edə bilərsiniz, lakin lazımsız qorxu aşılamamaq vacibdir".
Psixoloq qeyd edib ki, uşağınız aldanıbsa, onu qınamayın:
"Valideynlər yadda saxlamalıdırlar ki, minlərlə insan saxtakarlıqla üzləşir və uşaq özünü pis, axmaq və ya günahkar hiss etməməlidir. Profilaktik söhbətlərə davam edin".
"Valideynlər unutmamalıdırlar ki, aldatma vəziyyətlərində sakit və inamlı qalmaq son dərəcə vacibdir. Uşaq valideynin panikaya düşmədiyini, əksinə səbir və müdriklik nümayiş etdirdiyini görəndə, bu ona istənilən çətin vəziyyətin öhdəsindən gəlməyin mümkünlüyünü öyrədir", - deyə o, fikirlərini yekunlaşdırıb.
"Kiberdələduzluq (Kibercinayətkarlıq)" teqi üzrə xəbərlər
- Dələduzlara aldanmayın: Vətəndaşlara saxta mesajlar göndərilir
- Casus proqramlarına görə həbs olunmuş azərbaycanlı: "İstənilən şəxsin telefonuna daxil ola bilirdim"
- Girov götürüldü, kibercinayətkarlığa məcbur edildi - İrandan Azərbaycana ilginc qaçış
- Sosial şəbəkədə dələduzluq yolu ilə "pul qazanan" şəxslər SAXLANILDILAR
- İnternet platformalarında dələduzluq edən şəxslərə qarşı ƏMƏLİYYAT