Afrikada dəfn mərasimindən çəkilən video BBC-nin saytında yerləşdirildiyi andan baxış sayı durmadan artır. Deyəsən, Avropada yaşayanlar arasında da o biri dünyaya belə çılğın rəqqasların çiynində getmək istəyən olacaq.
Qanada ailələr mərhum qohumlarını son mənzilə yola salmaq üçün dəfn mərasiminə çox vaxt rəqqasları dəvət edirlər.
Oxu.Az eurasiadiary.com-a istinadən xəbər verir ki, bu qəribə adət Afrika ölkələrində son bir neçə ildir ki, davam edir. İlk video “YouTube”da 2015-ci ildə yerləşdirilib və 600 mindən çox baxış olub.
S.S.
www.oxu.az