Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Səhər yeməyində hansı qidalara üstünlük verilməlidir?
"Dolğun nahar edə bilməyən insanlar üçün səhər yeməyi son dərəcə vacibdir".
Oxu.Az Life.ru-ya istinadla xəbər verir ki, bunu qastroenteroloq, tibb elmləri namizədi Yekaterina Kaşux deyib.
O bildirib ki, diyetelogiyada rasional qidalanmanın ümumi prinsiplərinə əsasən, gün ərzində dörd dəfə yemək lazımdır:
"Yeməklər arasında fasilə 4-5 saat təşkil etməlidir. Sutkalıq kalori miqdarını isə aşağıdakı kimi bölüşdürmək tövsiyə olunur: 25 faizini səhər, 20 faizini ikinci səhər və qalan 35 və 20 faizini isə müvafiq olaraq, nahar və axşam yeməyində yemək".
Y.Kaşux bu balansın öz çəkisinə diqqət yetirənlər üçün vacib olduğunu vurğulayıb:
"Səhər yeməyini buraxsaq və ya qəhvə içib buterbrodla kifayətlənsək, o zaman nahara yaxın aclıq hissi güclənəcək".
Y.Kaşux izah edib ki, istənilən yemək balanslaşdırılmış olmalıdır və kifayət qədər zülalları, mürəkkəb karbohidratları və faydalı yağları ehtiva etməlidir, ona görə də, səhər yeməyi üçün qarışıqsız dənli bitkilərdən düzəldilmiş sıyığa, omletə, pendirə, qayğanağa və kəsmiyə üstünlük vermək olar:
"Heyvan zülallarının həzm edilməsi daha uzun çəkir, buna görə də, həzm sistemini həddən artıq yükləməmək üçün günün birinci yarısında balıq və ət yeməyin mənası var, səhərdən isə şəkər və duz məhdudlaşdırılmalıdır".
"Həkim məsləhəti" teqi üzrə xəbərlər
- Hansı məhsulların beyin hüceyrələrinin məhvinə səbəb olduğu açıqlandı
- Onurğanı qorumaq üçün ağır yüklər düzgün şəkildə necə qaldırılmalıdır? - Mütəxəssisdən tövsiyə
- Ölümcül kokteyl: İnfarkta səbəb olan içki barədə XƏBƏRDARLIQ
- Daha uzun yaşamanın sirri - Alimlər qatığın inanılmaz faydalarını açıqladılar
- Elektron resept yazmayan həkimləri nə gözləyir?