Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tokenini reklam etmək istədi, canlı yayımda alovlara büründü
Pump.fun saytı tərəfindən yaradılmış "Solana Meme TruthOrDare" (DARE) tokeninin yaradıcısı Mikol uğursuz reklam fəndi zamanı özünü yandırıb.
Hadisə Mikolun canlı yayımı zamanı baş verib. O, reklam məqsədilə üzərinə izopropil spirti töküb və atəşfəşanlıq arasında qaçmağa başlayıb. Lakin fişənglərdən biri ona dəyib və Mikol alovlara bürünüb.
Dostları dərhal alovu söndürməyə çalışsalar da, odsöndürən və yanğınəleyhinə adyal olmadığından bunu cəld edə bilməyiblər.
Tokenin tərtibatçısı hazırda üçüncü dərəcəli yanıqlarla Mayami Travma Mərkəzində müalicə olunur.
DARE tokeninə gəlincə isə, nəinki qiyməti qalxmayıb, hətta dəyərini itirib.
Mənbə: Binance