Hər zaman müxtəlif kampaniyalar ilə tamaşaçılarını sevindirən Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” yay mövsümünün başlanması ilə əlaqədar olaraq xüsusi təklifə start verir.
Belə ki, 1 iyun - 31 avqust 2014-cü il tarixləri müddətində kinoteatrda aşağıdakı qayda tətbiq olunacaq: 10 nəfərdən (18 yaşadək) ibarət qrupda 1 ədəd bilet müşayiət edənə pulsuz veriləcək, müvafiq olaraq 20 nəfərlik qrupa – 2 ədəd bilet pulsuz və s.
Qeyd olunan qayda saat 18:00-dək nümayiş olunan bütün filmlərə və bütün seanslara şamil olunur. 50 nəfərdən çox olan qruplara isə biletlərə xüsusi endirimlər təqdim oluna bilər.
Kampaniya haqqında daha ətraflı məlumatı 012-499 89 88 nömrəsindən, 28cinema.az saytından və ya kinoteatrın rəsmi fb.com/28Cinema Facebook səhifəsindən almaq olar.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir.
“28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.