Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
61 yaşlı Əməkdar artist: "Həyatda iki şey gözəldir - subaylıq və azadlıq"
"Sevgisiz yaşamaq olar? Ölənə kimi sevgi bizimlə olacaq. Ümid edirəm ki, ölənə kimi Allah bu sevgini məndən əsirgəməyəcək".
Bunu "Qaynarinfo"ya açıqlamasında Əməkdar artist Füzuli Hüseynov deyib.
Aktyor bildirib ki, hər yaşın öz gözəlliyi var:
"Qocalıq bir ayrı aləmdir. Bu gün doğum günümdür, həmişə bu gün Bakıdan kənarda olardım. Bu gün isə Bakıdayam. Axşama dostlarla bir aradayıq, nə sürpriz edəcəklərini bilmirəm. Amma dostları qırmayacağam. Hər günüm necədirsə, bu gün də onlardan biridir. Əslində ad günümü qeyd etmək istəmirəm. Çünki hər dəfə qocalırıq. Qocalmayanda da həyat maraqsız olur. Soyuducunun buzluğunda oturaq ki, qocalmayaq? Qocalmaq da lazımdır, özümüz üçün də maraqlı olsun".
Füzuli Hüseynov bildirib ki, həyatda iki şey gözəldir:
"Subaylıq və azadlıq. Bunların yanında bir də cansağlığı oldusa, yaşamağa dəyər".
Rəylər