Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
67-ci Kann Beynəlxalq kinofestivalı başladı – FOTO
Fransa rejissoru Olivye Daanın “Monako şahzadəsi” filminin nümayişi ilə 67-ci Kann Beynəlxalq kinofestivalı başlayıb.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, filmdə məşhur Amerika aktrisası, “Oskar” mükafatına layiq görülmüş Qreys Kellinin həyatından söz açılır. Monako knyazı III Renye ilə ailə qurmuş Q.Kelli şahzadə titulunu Hollivud ulduzu statusundan üstün tutub. O.Daanın filmində Q.Kelli rolunda ötən il Kann kinofestivalının münsiflər heyətində təmsil olunan Nikol Kidman çəkilib.
Kinofestivalın əsas müsabiqəsi üçün 18 film seçilib. Yeni Zelandiyalı rejissor Ceyn Kempionun başçılıq etdiyi münsiflər heyətində Fransa aktrisası Karol Buke, Uillem Defo (ABŞ), Qael Qarsia Bernal (Meksika), Çon Do En (Cənubi Koreya), Leyla Hatəmi (İran), Sofiya Koppola (ABŞ), Tszya Canke (ÇXR) və rejissor Nikolas Vindinq Refn (Danimarka) təmsil olunurlar.
Festival çərçivəsində qısametrajlı filmlərin müsabiqəsi keçiriləcək. Rejissor Sergey Pikalovun Rusiya və Azərbaycanın birgə istehsalı olan və Yer üzündə yaşayan sonuncu İkinci dünya müharibəsi veteranından söz açan “Sonuncu” ibrətamiz sənədli filmi də müsabiqə iştirakçısıdır. Filmdə baş rolda 66 yaşlı azərbaycanlı aktyor İdris Rüstəmov çəkilib.
Kinofestivalda “Müsabiqədən kənar”, “Kann klassikası”, “Xüsusi baxış”, “Rejissorların iki həftəlik görüşü”, “Tənqid həftəsi” və başqa proqramlar təqdim olunacaq. Dünya şöhrətli aktrisa Sofi Loren “Kann klassikası” proqramının qonağı olacaq.
Bu il festivalı “Matritsa: yenidən yüklənmə” və “Şahzadə de Monpasye” filmlərindən tanıdığımız Fransa aktyoru Lamber Vilson aparacaq.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29 Paris Sazişinin iki maddəsini qəbul edib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər