"Aşıq Əhliman Rəhimovun sağlamlıq durumu ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Ə.Rəhimovun qızı Nəzrin Rəhimova bildirib. O qeyd edib ki, atası sonuncu dəfə 10 il əvvəl insult keçirib və hazırda vəziyyəti yaxşıdır.
Aşıq Əhliman Rəhimovun səhhətində problem yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Həmin Zaur" verilişində aparıcı Zaur Kamal məlumat verib.
Aparıcı sənətkarın iki dəfə insult keçirdiyini bildirib: "Aşıq Əhlimana Allah kömək olsun. İki dəfə insult keçirib, danışmaqda çətinlik çəkir".
Qeyd edək ki, Əhliman Rəhimov üç il əvvəl ürək problemi ilə bağlı əməliyyat olunmuşdu.