Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin növbəti toplantısı keçirilib.
Oxu.Az xəbər verir ki, AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının sədri vəzifəsinə yeni təyinat olub. Komissiyanın üzvü Şahin Musaoğlunun namizədliyi yekdilliklə qəbul edilib.
Qeyd edək ki, Ş.Musaoğlu “İgid əsgər, möhkəm dayan”, “Vətən çağırır”, ”Cənab Leytenant” sevilən mahnılarının müəllifidir.
Xatırladaq ki, bundan öncə Hərbi Vətənpərvərlik Komissiyasının sədri mərhum xalq şairi Zəlimxan Yaqub idi.