Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərini təxirə salıb.
Bu barədə məlumatı Türkiyənin “Milliyet” qəzeti yayıb.
Bildirilir ki, sabah Bakıda keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Ankarada baş tutacaq.
Bu barədə təklif isə məhz Azərbaycan prezidenti İlham Əliyevdən gəlib.
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə bu təklifə görə Azərbaycan prezidentinə öz təşəkkürünü bildirib, qəzet yazır.