Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev işdən çıxarıldı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.
Mədəniyyət Nazirliyi faktı təsdiq edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.
"Adil Kərimli" teqi üzrə xəbərlər
- "Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti" mövzusunda dəyirmi masa keçirilib
- Leyla Əliyeva Maqsud İbrahimbəyovun yaradıcılıq gecəsində iştirak edib
- Fəxrəddin Manafov və İlham Qasımova vəzifə verildi
- İntiqam Babayevə yeni vəzifə verildi
- Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub