Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Pərviz Şahbazov: "2021-ci ildən 2024-ci ilə qədər 57 faiz qaz ehtiyatlarımız artırılıb"
"Bu gün iki əsas mövzu: qaz təchizatı və yaşıl enerji layihələri geniş şəkildə müzakirə edildi. Azərbaycanın kifayət qədər qaz ehtiyatları var. Hazırda müxtəlif yataqlarda işlər davam etdirilir. 2021-ci ildən 2024-ci ilə qədər 57 faiz qaz ehtiyatlarımız artırılıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının yekunlarına dair keçirilən mətbuat konfransında energetika naziri Pərviz Şahbazov deyib.
O bildirib ki, yeni qaz təchizatını icra etmək üçün üçün Avropa İttifaqı ilə əməkdaşlıq önəmlidir:
"Bizə uzunmüddətli müqavilələr və investisiyalar lazımdır ki, daha böyük templə qaz istehsalı prosesini genişləndirək. Eyni zamanda, yaşıl enerji sahəsində Azərbaycan tərəfindən irəli sürülən bir neçə təşəbbüsləri geniş şəkildə müzakirə etdik.
Bu layihələr bir-birinə rəqabət yarada bilməz".
Məhərrəm Əliyev
"Cənub Qaz Dəhlizi Məşvərət Şurası" teqi üzrə xəbərlər
- Azərbaycanın yaşıl enerji hədəfi: Gələcəyin yol xəritəsi Bakıda dəqiqləşdi
- Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər
- 24 ölkənin nazirləri Bakıda razılaşdılar
- Bayraktar: "Türkiyə ilə Azərbaycanın enerji sahəsindəki örnək əməkdaşlığında yeni səhifə açılır"
- Bakıda CQD Məşvərət Şurası çərçivəsində iclaslar keçirilib, İlham Əliyev tədbirdə çıxış edib