Dekabrın 11-də Bakıda II Beynəlxalq Plov Festivalı keçiriləcək.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun Oxu.Az-a verdiyi məlumata görə, festival zamanı Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən hər ölkənin ənənələrinə uyğun düyüdən hazırlanan xörəklərin sərgisi olacaq.
Tədbirdə Türkiyə, Özbəkistan, Yaponiya, İndoneziya, Tacikistan, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Hindistan, Fələstin, İran və s. ölkələrin səfirlikləri iştirak edəcək.
Aytən Sadıqzadə
www.oxu.az