Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda dörd şəxsiyyətə heykəl qoyulacaq
Bakıda Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun heykəllərinin ucaldılması məsələsi müzakirə edilir.
Oxu.Az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, heykəllərin ucaldılması üçün memarlar müsabiqə yolu ilə seçiləcək:
“Görüşdə dörd nəfərin heykəlinin ucaldılması məsələsi qaldırmışdı. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarlar, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək. Bundan sonra ictimaiyyətə açıqlama verə biləcəyik”.
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda baş verən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Təcavüzə məruz qalıb, nikaha məcbur edildiyini deyən qız: "Atamın qəyyumluğu ləğv edilsin"
- Azərbaycanda yeni hava limanı tikilir: İşlər nə yerdədir?
- Bakıda tıxacın qarşısını almaq üçün çəkiləcək yeni yolların SİYAHISI
- Beynəlxalq axtarışa verilən rusiyalı sabiq hakim Bakıda saxlanıldı
Rəylər