Aprelin 26-da Müasir İncəsənət Muzeyində “Kapri Trend. Kapri-İtaliyadan səyyar foto sərgi” adlı italyan sərgisi açılacaq. Tədbir Kapri Fondunun Heydər Əliyev Fondu və Müasir İncəsənət Muzeyi ilə əməkdaşlığı çərçivəsində keçiriləcək.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, sərgidə məşhur italyan fotoqrafları Ferdinando Skianna, Olivo Barbyeri, Mauritsio Qalimberti, Françesko Codise və İrene Kungin 30-a yaxın əsəri təqdim olunacaq. Ekspozisiya mayın 31-dək davam edəcək.
Kapri Fondu 2009-cu ildə sahibkarlar qrupu və yerli hökumət orqanları tərəfindən Kapri adasının inkişafı məqsədilə yaradılıb. Beşillik aktiv fəaliyyətdən sonra mədəniyyət, müasir incəsənət, müasir fotoqrafiya, müasir rəqslərə həsr olunan tədbirlər, Kapri Trendvoçinq Festivalı çərçivəsində tədqiqatlar, xəstəlik tarixçəsi, seminarlar və açıq mühazirələr vasitəsilə gələcəyin eskizləri hazırlanıb. Kapri Trend sərgisi 5 müxtəlif ölkədə təqdim ediləcək.