Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılır
Bakının bir sıra rayonlarında xalqımızın tarixi-mədəni irsinin formalarından biri olan, şəhərimizin bəzi binalarını və parklarını bəzəyən mozaika kompozisiyaları mövcuddur. Əfsuslar olsun ki, xalq tətbiqi sənətinin geniş istifadə edildiyi bu formaya müvafiq diqqət yetirilmədiyindən, XX əsrdə yaradılan mozaika kompozisiyalarında restavrasiya işləri aparılmasına ciddi ehtiyac yaranıb.
Oxu.Az xəbər verir ki, bununla əlaqədar mövcud mozaika kompozisiyalarının bərpası ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən təşəbbüs irəli sürülüb. Təşəbbüsdən irəli gələn məsələlər Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə müzakirə edilib.
Müzakirələrdən sonra məsələ ilə bağlı müvafiq komissiya yaradılıb, ilkin tədbirlər planı müəyyənləşdirilib. Rayon icra hakimiyyəti başçılarına rəhbərlik etdikləri rayonların ərazilərində inventarizasiya aparılması, mövcud mozaika kompozisiyalarının bərpa edilərək onlara nəzarətin artırılması ilə bağlı göstəriş verilib. Artıq bəzi ərazilərdə restavrasiya işlərinə başlanılıb.
Müşavirədə mövcud mozaika kompozisiyalarının daxil edildiyi albomun nəşr olunması qərara alınıb.
"Heydər Əliyev Fondu" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər
- Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib
- Leyla Əliyeva və Arzu Əliyeva "Ümid Yeri" Uşaq Sığınacağını ziyarət ediblər
- Leyla Əliyeva Torpaq çərşənbəsi ilə bağlı paylaşım etdi