Bu gün Azərbaycanın Xalq artisti Süleyman Ələsgərovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda anadan olub.
O, səhnəyə 1933-cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub.
Onun ən populyar və iri həcmli ekran obrazı “Bizim Cəbiş müəllim” filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur. Aktyor Gənc Tamaşaçılar Teatrının inkişafındakı xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq altmış üç il səhnəyə çıxıb.
1961-ci ildə oynadığı Səməd Vurğun (“Komsomol poeması”, İsgəndər Coşqun) roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.
Aytən Sadıqzadə
www.oxu.az