Azərbaycanın premium kinoteatrı “CinemaPlus" fevralın 22-dən etibarən “Möcüzələr çarxı” filminin nümayişinə başlayır.
Oxu.Az-ın məlumatına görə, film yeni əsrdə Vudi Allenin kolleksiyasında, peşəkar operator işi və Keyt Uinslet və Ceyms Beluşinin möhtəşəm oyunu ilə seçilən ən yaxşılardandır.
Film haqqında: Məhşur əyləncə parkının qaynayan həyatında taleləri qovuşan dörd qəhrəman haqqında ehtiras, qəddarlıq və satqınçılıq əhvalatı.
Hadisələr Nyu-Yorkda, mənzərəli Koni Aylenddə cərəyan edir.
Rollarda: Keyt Uinslet, Ceyms Beluşi, Cuno Templ, Castin Timberleyk, Maks Kazella.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.