"Ölkə başçısının sərəncamına əsasən, mayın 5-i Azərbaycanda "Xalçaçı Günü" kimi qeyd olunur. Bu günü ənənəyə çevirmək üçün keçən il biz Milli Xalça Festivalının təməlini qoyduq".
Oxu.Az xəbər verir ki, bunu bu gün keçirilən Beynəlxalq Xalça Forumunda "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin yeni sədri Emin Məmmədov deyib.
"Keçənilki festival uğurlu olduğu üçün bu il artıq Beynəlxalq Xalça Festivalı keçirmək qərarına gəldik və bu gün festivalımız öz işinə başladı. Festivalın keçirilməsində əsas məqsəd bizim ənənəvi xalça sənətimizi yaşatmaq və təbliğ etməkdir. Sabahdan etibarən hər kəsi İçərişəhərə dəvət edirik", - E.Məmmədov əlavə edib.
Əzizə İsmayılova