Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gəncədə “CinemaPlus” kinoteatrın möhtəşəm açılışı baş tutdu – FOTO + VİDEO
Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə “CinemaPlus” kinoteatrının möhtəşəm açılışı baş tutub. Məhz bu gün üçün kinoteatr xüsusi dekorasiya ilə bəzədilib.
Oxu.Az xəbər verir ki, “CinemaPlus” açılış tədbirinə Bakıdan KİV nümayəndələri, bloqerlər, tanınmış simalar və biznes tərəfdaşları üçün, üzərində kinoteatr reklam ilə bəzədilmiş avtobuslarda tur təşkil edilib.
Tədbirdə iştirak edənlər Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə və millət vəkili Naqif Həmzəyev açılış nitqi ilə hamını salamlayıb və təbrik ediblər. Onlardan başqa “CinemaPlus” kinoteatrının repertuar üzrə direktoru Faiq Kazımov və layihə rəhbəri Fəhrim Quluzadə də cıxış ediblər.
Xatırladaq ki, 2016-cı il Avropa Gənclər Paytaxtı olan Gəncədə məhz belə müasir avadanlıqlarla təchiz olunmuş kinoteatrın açılması sevindirici haldır.
Rəsmi hissədən sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Bakı Media Mərkəzi”nin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi “Əbədi ezamiyyət” filmləri izlənilib.
Foyedə qonaqlara xüsusi Amerika istehsalı olan pop-korn və sərin içkilər verilib.

“CinemaPlus” ən yeni Barco nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. 461 yerdən və 5 zaldan ibarətdir.
Bundan əlavə, “CinemaPlus” kinoteatrı “Master İmage 3D” texnologiyası ilə tətbiq olunur.
Kinoteatr, “Gəncə Bulvar”ın yaxınlığındakı Nizami küçəsi 8 ünvanı, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.
Seanslar | Vaxt | Format | Qiymət | Format | Qiymət |
Səhər | 10:00-12:00 | 2D | 2 azn | 3D | 3 azn |
Günorta | 12:00-18:00 | 2D | 3 azn | 3D | 4 azn |
Axşam | 18:00-00:00 | 2D | 5 azn | 3D | 6 azn |
| |||||
VİP | Seansların vaxtından və formatından asılı olmayaraq | 15 azn |
Tədbirin informasiya dəstəyini “Region TV”, “Avto FM” və “Kəpəz FM” göstərirdi. Tərəfdaşlar isə “Sabina Perfumery & Cosmetics” magazalar şəbəkəsi idi.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
VİDEO: http://video.azertag.az/video/37404
Aytən Sadıqzadə
www.oxu.az
"Arzu Əliyeva" teqi üzrə xəbərlər
- Arzu Əliyevadan Novruz bayramı münasibətilə paylaşım
- Leyla Əliyeva Şahdağ Milli Parkından görüntülər paylaşıb
- Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun "Qızılgülün sirri" sərgisi açılıb
- Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
- Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər