Xalq artisti İlham Namiq Kamalın Azərbaycan Dövlət Musiqili Teatrında 65 illik yubileyi keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, mart ayında baş tutacaq tədbirdə aktyorun həyat və yaradıcılığından söz açılacaq, teatr və kinoda yaratdığı obrazlar nümayiş olunacaq.
Qeyd edək ki, İlham Namiq Kamal 9 yanvar 1949-cu ildə Bakı şəhərində dünyaya göz açıb.
1966-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub.
Xalq artisti 1993-cü ildə “İlham” Miniatür Teatrını yaradıb. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Hal-hazırda “Estrada sənəti” kafedrasının müdiridir.
25 iyun 2013-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Ailəlidir, İlahə adlı qızı, Zaman adlı oğul övladı var.
Aytən Sadıqzadə
www.oxu.az