Respublikamızda 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə bağlı Lənkəran Turizm İnformasiya Mərkəzi (TİM) və Mərkəzi kitabxanasının təşkilatçılığı ilə 12 avqustda Mərkəzi kitabxananın qarşısında, açıq havada tanıtım tədbiri və sərgi təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, tədbir çərçivəsində sənətkarlığın təbliği və inkişafı, bu sahəyə marağın artması məqsədi ilə yerli sənətkarların əl işlərinin nümunələrinin sərgisi keçirilib, sənətkarlar özləri tədbirə dəvət olunaraq onlarla tələbələrin görüşü baş tutub.

Eyni zamanda Lənkəranın turizm potensialını təbliğ edən çap məhsullarının və reklam çarxının nümayişi də təşkil olunub.
A.S.
www.oxu.az