"Bu gün çox ağır itki baş verib. Biz tar sənətinin sütunlarından biri Ramiz Quliyevi itirdik".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti Möhlət Müslümov Xalq artisti Ramiz Quliyevin vida mərasimində deyib.
O bildirib ki, R.Quliyevin dünyadan gedişi musiqi üçün çox böyük itkidir:
"Onun ruhu cavan idi. Ramiz Quliyev aramızdan tez getdi. Onunla üç-dörd dəfə Qarabağımızda bir yerdə tədbirdə iştirak etdik. O bizim müəllimimiz olub. Qəflətən səhhətində problem yarandı və xəstəxanaya yerləşdirildi. Onun ölümünə inana bilmirəm.
Bilirsiniz, tar sənəti çox ağır sənətdir. Peşəkar 20-25 ilə əmələ gəlir. O özündən sonra böyük xəzinə qoydu. Gənclərimiz onun sənət məktəbindən bəhrələnəcək. Allah rəhmət etsin, ailəsinə başsağlığı veririk".
Aygün Mirakif