"Arif Babayev xalqın yaddaşında daim yaşayacaq".
Oxu.Az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Arif Babayevlə vida mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
"Səhər saatlarında aldığımız xəbər hər kəsi və mədəniyyət ictimaiyyətini kədərləndirib. Bu, mədəniyyətsevərlər üçün ciddi itkidir. Arif Babayev xəstəliyi ilə bağlı müalicə alırdı və onun müalicəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində idi. O, xalqımızın yaddaşında daim yaşayacaq. Onun xidmətləri bizim üçün danılmazdır. Biz də bütün ictimaiyyətə başsağlığı veririk".
Qeyd edək ki, 87 yaşlı Xalq artisti Arif Babayev bu gün ürək çatışmazlığından dünyasını dəyişib.