Xalq artisti Arif Babayev dəfn edilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın görkəmli sənətçisi I Fəxri xiyabanda torpağa tapşırılıb.


Beynəlxalq Muğam mərkəzində Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Xalq artisti ilə vida mərasimində ailə üzvləri ilə yanaşı, bir sıra görkəmli sənətkarlar, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xalq artistinin nəşi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılır.
Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, mərasim Beynəlxalq Muğam Mərkəzində baş tutur.
Daha çox foto burada: PhotoStock.az
Xalq artisti Arif Babayevin nəşi Təzəpir məscidinə aparılıb.
Bu barədə Oxu.Az-a onun oğlu Yaşar Babayev məlumat verib.
O qeyd edib ki, A.Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq:
"Atam I Fəxri xiyabanda dəfn olunacaq".





Daha çox foto burada: PhotoStock.az
Xalq artisti Arif Babayev bu gün səhər saatlarında Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində vəfat edib.
Bu barədə Oxu.Az-a Mərkəzi Klinikadan məlumat verilib.
Bildirilib ki, bu gün səhər saat 06:30 radələrində Xalq artisti, görkəmli ictimai xadim, sevimli muğam ustadı Arif İmran oğlu Babayev Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən hər tərəfli kompleks müalicə tədbirlərinə baxmayaraq vəfat etmişdir.
Xalq artisti Arif Babayev dünyasını dəyişib.
Bu barədə Oxu.Az-a onun oğlu Yaşar Babayev məlumat verib.
O qeyd edib ki, A.Babayev səhər saat 6-da vəfat edib.
Y.Babayev əlavə edib ki, 87 yaşlı Xalq artisti ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.
Məhərrəm Əliyev