"Məsumə Babayevanın ölümü incəsənətimiz üçün böyük itkidir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Mədəniyyət Nazirliyinin şöbə müdiri İntiqam Babayev ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayevanın vida mərasimində deyib.
O bildirib ki, mərhumun xatirəsi daim yaşayacaq:
"Uzun illər səhnəmizdə bir-birindən xoş obrazlar yaradıb. Mədəniyyətimizdə, incəsənətimizdə böyük iz qoymuş şəxslərin dünyasını dəyişməsi böyük itkidir. Məsumə xanın bizim, ailəsinin, dostlarının yaddaşında daim xoş xatirələrlə qalacaq".
Məlik Məlikov