Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Özbəkistanda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçirilib
Bu gün Özbəkistanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının "Mənim Azərbaycanım" adlı konserti keçirilib.
Oxu.Az xəbər verir ki, konsert Mukimi adına Özbəkistan Musiqili Dram Teatrında baş tutub.
Səhnədə biri-birinin ardınca rəngarəng rəqs kompozisiyaları tamaşaçılarda yüksək əhvali-ruhiyyə yaradıb. Zalın müxtəlif yerlərində ritmik musiqidən cuşa gələn tamaşaçıların rəqs etdiyini görmək mümkün idi.
Qeyd edək ki, rəqslər canlı musiqi sədaları altında ifa olunub.
Bu gün Özbəkistanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində yazıçımız Məmməd Səid Ordubadinin "Qılınc və qələm" əsərinin özbək dilində yeni nəşrinin təqdimatı keçirilib.
Oxu.Az xəbər verir ki, tədbir Özbəkistanın Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib.
Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, şair Səlim Babullaoğlu, özbək şair və yazıçıları çıxışlar ediblər. Tədbirin aparıcısı dramaturq İlqar Fəhmi olub.
Qeyd edək, təqdimat mərasimində həmçinin Qara Qarayevin "Yeddi gözəl" baletindən bir səhnə nümayiş olundu, trionun ifasında "Şuşanın dağları" mahnısı səsləndi və qiraətçilər Nizami Gəncəvinin qəzəllərini ifa ediblər.
Xanım Aydın