Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İnsan sağlamlığına təhlükə yaradan kolbasa və sosis satmaq istədilər - Əməliyyatdan GÖRÜNTÜLƏR
Naxçıvanda istifadə müddəti bitmiş kolbasa və sosis məmulatları satan şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Babək Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən Əliabad qəsəbəsində Cabbarlı Əliəsgərə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş, saxta yolla istifadə müddəti uzadılmış və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa və sosis aşkar olunaraq götürülüb.
Ekspertizanın rəyi ilə satılan kolbasa və sosis məmulatlarının istifadəyə tam yararsız, eləcə də insan sağlamlığına təhlükə yarada bilən ərzaq məhsulları olduğu müəyyən edilib.
Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Babək RPİ-nin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Həmin görüntüləri təqdim edirik:

"Naxçıvan Muxtar Respublikası" teqi üzrə xəbərlər
- Nüfuz alverində ittiham olunan sabiq vəkil cinayət məsuliyyətindən azad edildi
- Ermənilərin Naxçıvanda törətdikləri qırğın: "Yeddi il yas saxlandı"
- Erməni atəşi altındakı kənd: Heç bir təxribat Qaraağac sakinlərini çəkindirmir
- Naxçıvanda DƏHŞƏT - Ər həyat yoldaşını döydükdən sonra, onu asıb ÖLDÜRÜB?
- Dönərdən kütləvi ZƏHƏRLƏNMƏ: Üçü azyaşlıdır