Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qroznıda Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş festival-müsabiqə keçiriləcək
Noyabrın 13-dən 16-dək Qroznıda SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş beynəlxalq festival-müsabiqə keçiriləcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Çeçenistan Dövlət Filarmoniyasının mətbuat xidmətindən yayılan məlumata görə, burada xarici ölkələrdən və Rusiyanın regionlarından vokalçılar iştirak edəcəklər.
"Orfey" festival-müsabiqəsi hər il keçirilən tədbirə çevrilib. Yeddinci "Orfey" yenidən Çeçenistan Dövlət Filarmoniyasında keçiriləcək", - deyə mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müsabiqə "Mədəniyyət" milli layihəsi çərçivəsində keçirilir. Bu il onun ümumi mükafat fondu 670 min rubl (təxminən 12 min manat) təşkil edəcək.