Dövlət sifarişi ilə çəkilən filmlərdə də mənə rol verilmir.
Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Azərbaycanın xalq artisti Rasim Balayev deyib.
R.Balayev bildirib ki, hazırda işsizdir və bu vəziyyətdən çox narahatdır:
“Yaxşı olar ki, buna Mədəniyyət və Turizm Nazirliyindən cavab versinlər. Niyə mənə iş yoxdur? Gözlədim, amma filmə çəkilmək üçün dəvət gəlmədi”.
R.Balayev ona şifahi dəvət gəldiyini də inkar etməyib:
“Teleseriallardan dəvətlər olur. Amma ssenarini bəyənmədiyimdən çəkiliş üçün razılıq vermədim. Yəni xoşuma gəlmədi”.