Musiqili Teatrın aktrisası, xalq artisti Xanım Qafarova müalicə üçün səfərə getdiyi Türkiyədən Bakıya geri qayıdır.
Oxu.Az bildirir ki, bunu AzNews.az-a Musiqili Teatrın aktrisası özü deyib.
“Allaha şükürlər olsun, yaxşıyam. Dekabrın 26-da Azərbaycanda, doğma torpağımda olacam”, - deyə, o vurğulayıb.
Xalq artisti bildirib ki, Yeni ildən sonra yenə Türkiyəyə geri dönəcək.
Xatırladaq ki, bir müddət əvvəl mətbuata verdiyi açıqlamada X.Qafarova xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirmiş və müalicə üçün vəsaitə ehtiyacı olduğunu söyləmişdi.
Bundan sonra xalq artistinin müalicəsi üçün lazım olan bütün xərcləri ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz üzərinə götürmüş və X.Qafarova müalicə üçün Türkiyəyə göndərilmişdi.