Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Xulio İqlesias Bakıda konsert verəcək
Dünya məşhurlu ispan müğənnisi Xulio İqlesias Bakıda konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, noyabrın 29-da sənətçi Bakıda Heydər Əliyev Mərkəzində səhnəyə çıxacaq.
Azərbaycanın paytaxtı ifaçının dünya turuna daxil edilib. Xulio İqlesiasın Bakı konserti haqqında məlumat sənətçinin “Facebook”–dakı rəsmi səhifəsində də yerləşdirilib.
Xulio İqlesias – dünya şou-biznesinin tarixində ən kommersiya uğurlu ispandili müğənnisidir. Ulduzun satılan plastinaların sayı 300 milyondan artıqdır. İqlesias bir çox mahnılarını doğma ispan dilində, sonradan isə ingilis və fransız dillərində yazdırıb.
Qeyd edək ki, vaxtı ilə Xulio İqlesias əfsanəvi amerikan mügənnisi Dayana Ross ilə bir səhnədə çıxış edib, dəfələrlə “Eurovision” mahnı müsabiqəsində iştirak edib və “Qremmi” mükafatının qalibidir.
"Bakı" teqi üzrə xəbərlər
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ