"Vahid Əliyev səhhətinə diqqət yetirmirdi"
Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti, aktyor Yasin Qarayev mərhum Əməkdar artist Vahid Əliyevin dəfn mərasimində deyib.
O, Vahid Əliyevlə 51 il bir səhnədə çalışdığını söyləyib:
"Bir gündə teatra gəlmişik. Yaxın münasibətimiz var idi. Onun toyunda da iştirak etmişəm. Bir yerdə bütün Azərbaycanı dolaşmışıq, qastrol səfərlərində olmuşuq. Onun özünəməxsus yaradıcılıq yolu var idi. Uşaq, nağıl tamaşalarında əvəzsiz idi, çox yaxşı obrazlar yaradan aktyor idi.
Sənəti sevən, teatrı sevən insan idi. Tək yanlışı səhhətinə fikir verməməsi idi. Heç vaxt səhhətinə diqqət eləmirdi".
Aygün Mirakif