"Vahid Əliyev heç vaxt məsləhətlərini bizdən əsirgəməzdi".
Bu sözləri Oxu.Az-a açıqlamasında Əməkdar artist Elşən Rüstəmov mərhum Əməkdar artist Vahid Əliyevin dəfn mərasimində deyib.
O, Vahid Əliyevlə 1993-cü ildə tanış olduğunu söyləyib:
"1993-cü ildə Gənc Tamaşaçılar Teatrına gələndə ilk gördüyüm aktyorlardan biri Vahid Əliyev idi. Biz bir yerdə tərəf-müqabil olduq. Gözəl insan, aktyor idi. Heç vaxt öz məsləhətlərini bizdən əsirgəməzdi. Çox emosional, həssas biri idi. Nə qədər Gənc Tamaşaçılar Teatrı var, Vahid Əliyev hər zaman xatırlanacaq".
"Onun mənə sənət və şəxsi həyatla bağlı verdiyi məsləhətləri unutmaram. Mən gec evlənmişdim. O həmişə bundan narahat olurdu. Deyirdi, nə zaman evlənəcəksən? Evlənmək lazımdır. Bir gün şad xəbəri ona çatdıranda sevindi, birinci o bilmişdi", - E.Rüstəmov əlavə edib.
Aygün Mirakif