Rusiyanın Blaqoveşensk şəhərində polis oğurluq zamanı zərərçəkənin mənzilində yuxuya gedən kişini həbs edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın Amur vilayəti üzrə Daxili İşlər İdarəsindən bildirilib.
Qeyd olunur ki, növbətçi hissəyə şəhərin 56 yaşlı sakinindən zəng daxil olub. Qadın evə gecə növbəsindən qayıtdıqda mənzilində tanımadığı bir şəxsi aşkar etdiyini bildirib. Hadisə yerinə gələn polis əməkdaşları kişini həbs ediblər. Bu, əvvəllər oğurluq və narkotik dövriyyəsi ilə əlaqədar məhkum olunmuş 45 yaşlı yerli sakin olub.
İstintaq müəyyən edib ki, cinayətkar gecə sahibinin evdə olmadığını bilərək pəncərədən mənzilə daxil olub. O, televizor və benzinlə işləyən mişarı paketlərə yığıb, lakin kifayət qədər vaxtı olduğunu düşünərək, dincəlmək istəyib və yuxuya gedib. Məhz bu anda qadın evə qayıdıb, oğrunu cinayət yerində yaxalayıb və dərhal polisə zəng edib.
Oğruya qarşı Rusiya Cinayət Məcəlləsinin "yaşayış yerinə qanunsuz daxil olmaqla oğurluğa cəhd" maddəsi cinayət işi açılıb.