ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici münasibətlər üzrə Komissiyası yanvarda bağlı qapılar arxasında Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə müzakirə təşkil edəcək.
Oxu.Az “Novosti Armenii”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-da “Ay data” erməni komitəsinin nümayəndəsi Elizabet Çulcyan bildirib.
O qeyd edib ki, müzakirəyə həmçinin ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də dəvət edilib.
“Biz müzakirənin açıq olmasını istərdik. Amma komissiya sədri bu haqda hələ ki, heç bir şey elan etməyib”, - E.Çulcyan deyib.