ABŞ müdafiə katibinin köməkçisinin müavini Evelin Farkas Qarabağ münaqişəsi zonasında rusiyalı sülhməramlıların yerləşdirilməsi ilə bağlı söhbətləri spekulyasiya adlandırıb.
Oxu.Az bu barədə “İnterfaks”a istinadla xəbər verir.
“Bu söhbətlər spekulyasiyadır. Rusiya, Azərbaycan və Ermənistan hökumətlərinin iştirak etdiyi şəffaf Minsk prosesinin iştirakçısıdır. Və əgər gələcəkdə belə plan yaransa, inanıram ki, o, Minsk qrupunun digər iştirakçıları ilə açıq müzakirə olunacaq”, - Farkas Bakıda brifinqdə bəyan edib.
O həmçinin qeyd edib ki, ABŞ postsovet məkanında həll olunmamış münaqişələrdən narahatdır və daima bu məsələni nəzarətdə saxlayır.
“Biz beynəlxalq hüquq normalarına riayət etməklə münaqişələrin ədalətli həlli üçün yollar axtarırıq”, - Farkas qeyd edib.