Azərbaycan Prezidenti İlham Əliyevin bu gün müvafiq sərəncamı ilə general-mayor ali hərbi rütbəsi alan Zaur Yusifli pilotdur.
Oxu.Az xəbər verir ki, bu sərəncamdan sonra Azərbaycan ordusunda general hərbi pilotların sayı beşə çatıb.
Daha əvvəl Azərbaycanın hava şahinlərindən Namiq İslamzadə, Zaur Rüstəmov, İlqar Qafarov və Həsən Əlövsədov general rütbəsinə layiq görülüblər. N.İslamzadə general-leytenant, digərləri general-mayor ali rütbəsini daşıyırlar.
N.İslamzadə Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, Vətən Müharibəsi Qəhrəmanıdır.