Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında Azərbaycanda hərbi vəziyyət təsdiq edilib.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə deyib.
O bildirib ki, dövlət başçısının fərmanı ilə qərara alınıb ki, 28 sentyabr saat 00:00-dan etibarən bütün ölkə üzrə hərbi vəziyyət elan edilsin.
H.Hacıyevin sözlərinə görə, fərmanda o da bildirilir ki, bununla yanaşı, bir çox regionda komendant saatı tətbiq olunsun.
Aqşin Kərimov
Rəylər