Ermənistan Azərbaycanın işğal olunmuş ərazisini dağıtmaqda davam edir.
Oxu.Az-ın məlumatına görə, bunu “AzərKosmos” ASC-nin sədri Rəşad Nəbiyev ADA Universitetində “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın təqdimatı mərasimində bildirib.
Rəşad Nəbiyev deyib ki, işğal edilmiş ərazilər barbarcasına dağıdılıb:
“Son bir neçə ildə Dağlıq Qarabağda məhv edilmiş meşələr Azərbaycanın ümumi olaraq meşələrinin beş faizini təşkil edir”.
“Ermənistan Laçında yeni qəsəbə qurub. Digər ərazilərdə də salınan infrastruktur uzun illərə hesablanıb. Şuşada üç məscidin dağıdılmış izləri var”, - deyə sədr qeyd edib.
İlhamə Əbülfət