Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Birinci Qarabağ müharibəsinin şəhidi Rövşən Əliyev dəfn edildi
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Rövşən Məcid oğlu Əliyevlə Xırdalan şəhərində vida mərasimi keçirilib.
"Report"un məlumatına görə, şəhidin nəşi Xırdalan qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Rövşən Məcid oğlu Əliyev 1973-cü il martın 20-də Xırdalanda anadan olub. O, 1992-ci il noyabrın 11-də Laçın rayonunun Təzəkənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
"Birinci Qarabağ müharibəsi" teqi üzrə xəbərlər
- Birinci Qarabağ müharibəsinin itkin şəhidi Göyçayda dəfn edildi
- Fəxrəddin Atayev: "Qardaşımla sonuncu dəfə danışan mən olmuşam"
- Birinci Qarabağ müharibəsində itkin düşmüş Atakişi Atayev dəfn olunub
- Əli və Bəxtiyarın qətli ilə başlayan faciələrimiz...
- Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib