Azərbaycanda keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təliminin növbəti mərhələsinin hazırlıq məşqləri keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məşqlər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus akvatoriyasında yerləşən "Böyük Zirə" təlim sahəsində təşkil olunub.
Qeyd olunub ki, Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmilərinin cəlb olunduğu hazırlıq prosesində Azərbaycan, Türkiyə və Özbəkistandan olan hərbi qulluqçular fəal iştirak ediblər.
Təlimdə dəniz və sahil infrastrukturunun mühafizəsi, terrorçular tərəfindən ələ keçirilmiş gəminin və girovların azad edilməsi, ərazinin minalardan təmizlənməsi, adaya dəniz desantının çıxarılması, terrorçu bazasının məhv edilməsi, eləcə də yaralıya ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə tapşırıqlar yerinə yetirilib.
Qeyd edək ki, təlimin əsas məqsədi dost və müttəfiq ölkələrin orduları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsidir.
Ölkəmizdə təşkil olunan "Birliyin Gücü - 2026" birgə hərbi təlimi çərçivəsində növbəti praktiki tapşırıqlar uğurla yerinə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, plana uyğun olaraq, iştirakçı ölkələrin bölmələri helikopterlərdən desantın endirilməsi, operativ mövqe tutaraq şərti terrorçu qruplaşmalarının zərərsizləşdirilməsi üzrə fəaliyyətləri müvəffəqiyyətlə icra ediblər.
Tapşırıqların icrası zamanı Azərbaycan, Türkiyə və Özbəkistandan olan hərbi qulluqçular yüksək peşəkarlıq və koordinasiya nümayiş etdiriblər.
Qeyd edək ki, məşqdə əsas diqqət iştirakçıların praktiki vərdişlərinin təkmilləşdirilməsi, aviasiya vasitələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olunması və təlimdə qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə yönəldilib.
Azərbaycan Respublikasında keçirilən "Birliyin Gücü-2026" birgə hərbi təlimində məşqlər uğurla davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müvafiq plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.
Təlimə cəlb edilən artilleriya bölmələri tərəfindən icra olunan dəqiq atəş zərbələri ilə terrorçuların dayaq məntəqələri, sığınacaqları və əsas hərbi hədəfləri tam məhv edilib.
"Birliyin Gücü-2026" birgə hərbi təliminin hazırlıq mərhələsində ordumuzun hərbi qulluqçuları Türkiyə və Özbəkistandan olan şəxsi heyətlə birlikdə qarşıya qoyulan tapşırıqların icrası zamanı peşəkarlıq və yüksək döyüş hazırlığı nümayiş etdirirlər.